Azərbaycan yığması “Reynpark” stadionunda
07.10.2009 - 10:35
Azərbaycan yığması “Reynpark” stadionunda
Sabah Azərbaycan milli komandasının açıq məşqi olacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə səfər oyununa hazırlaşan yığmamızın açıq məşqi Vaduts şəhərindəki “Reynpark” stadionunda baş tutacaq. Komandamız oktyabrın 10-da Bakı vaxtı ilə saat 23:00-da məhz bu arenada meydana çıxacaq. Açıq məşq Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Məşqdən 20 dəqiqə əvvəl isə milli komandamızın baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, milli komandamız Lixtenşteynlə oyuna hazırlıq məqsədilə oktyabrın 29-da ölkəni tərk edib. Bu görüş öncəsi Almaniyada hazırlıq keçən millilərimiz hazırda İsveçrədə təlim-məşq toplanışındadır.