“Almaniyanı udsaq, Bakıda problemsiz qələbə qazanarıq”
10.10.2009 - 10:07
“Rusiya yığması bu gün Almaniyanı məğlub edərsə, aldığı müsbət emosiyalar sayəsində Azərbaycanla görüşdə problemsiz qələbə qazanacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının və Moskva “Spartak”ının sabiq yarımmüdafiəçisi Andrey Tixonov deyib.
Tanınmış futbolçu dünya çempionatının seçmə mərhələsinin son iki oyunu ərəfəsində həmvətənlərinin yığmamızla oktyabrın 14-də keçiriləcək oyunu haqda da danışıb: “Düzdür, seçmə mərhələnin son matçı heç də asan olmayacaq. Buna səbəb rəqibimizin keçmiş SSRİ respublikalarından biri olmasıdır. Belə yığmalar bizimlə görüşlərə xüsusi köklənirlər. Ümumiyyətlə, iki postsovet məkanı təmsilçisi arasında qarşılaşmaların tam fərqli prinsipiallıq və məna kəsb edir. Ötən mərhələdə İsrailə uduzduqdan sonrakı son görüşdə Andorra ilə də çətinlik yaşayırdıq. Bu səbəbdən sayıqlığı əldən verməməliyik”.
Qeyd edək ki, Rusiya yığması bu gün Moskvada Almaniya, 4 gün sonra isə Bakıda millimizlə üz-üzə gələcək.

0
0