Rəşad Sadıqov Foqtsun müdafiəsinə qalxdı
12.10.2009 - 23:34
Rəşad Sadıqov Foqtsun müdafiəsinə qalxdı
“Mən istərdim ki, Foqts daha bir neçə il Azərbaycanda qalsın. Bir ili adaptasiya üçün lazım oldu. Bu müddət Azərbaycanı, futbolçuları, çempionatı yaxından tanımağa getdi. Öyrəşmişik ki, hər il tez-tez məşqçi dəyişsin. Belə olmaz”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.

Onun fikrincə, alman çalışdırıcı Foqts 2-3 il də millidə qalsa, inkişaf daha sürətlə gedəcək: “Onu yollamaqla biz heç nə qazanmırıq. Bu, mənim şəxsi fikrimdir. Hannoverdəki oyunu çıxmaqla, o, gələndən sonra böyük hesabla uduzmamışıq. Çünki psixoloji cəhətdən yaxşı hazırlaşırıq. Bəxt üz döndərməsəydi, indi heç kim Foqtsu, millini tənqid etməyəcəkdi. Gözəl oynamasaq da, deyəcəkdilər ki, hər şey yaxşıdır. Pis də odur ki, tarixdə nəticə qalır, yaxşı oyun yox”.
0