Rusiya yığmasının 6 əsas futbolçusu milli komandamıza qarşı oynamayacaq
13.10.2009 - 11:35
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya matçında qonaqlar 6 aparıcı futbolçusunun xidmətindən yararlanmayacaq. Apasport.az saytının məlumatına görə, rusiyalıların baş məşqçisi Qus Hiddink bunu sabahkı görüşün onun üçün ikinci dərəcəli olması ilə izah edib: “Heyətlə bağlı məsələyə tam aydınlıq gətirməmişəm. Lakin hamı məni başa düşər ki, noyabrdakı matçlar bizim üçün daha vacibdir. Bakıdakı qarşılaşmada bir qaydaya əməl edəcəyik: hesabında vərəqə olanlar oynamayacaq. Çünki onlar cəzalı duruma düşüb pley-offun ilk matçını buraxa bilərlər. Elə buna əməl etməyimiz də Azərbaycanla oyunun start heyətinə təsir edəcək”.
Qeyd edək ki, Rusiya yığmasının 6 futbolçusu Hiddinkin dediyi qaydaya uyğun olaraq meydana çıxmayacaq. Bunlar müdafiəçilər Aleksandr Anyukov, Vasili Berezutski, yarımmüdafiəçilər Yuri Jirkov, Konstantin Zıryanov, İqor Semşov və hücumçu Roman Pavlyuçenkodur.

0
0