AFFA-dan kiçik klublar üçün kiçik cəza
13.10.2009 - 11:56
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan çempionatının I divizionunun son turunda baş verənləri müzakirə edən komitə üzvləri 3 komandaya cəza tətbiq edib. “Şahdağ”la “Ədliyyə” klubları müvafiq olaraq “MKT-Araz”la səfər və “ABN-Bərdə” ilə ev oyunlarında 4 oyunçusunun sarı vərəqə alması üzündən 100 manat cərimə olunub. “Bakılı” isə “Anşad-Petrol”a qarşı matçda stadionda yanğınsöndürən maşının olmamasına görə cəzalanıb. Bakılılar da 100 manat ziyana düşüb.
0
0