Hiddink: İstənilən halda, məqsədimiz Azərbaycan yığmasını udmaqdır
13.10.2009 - 12:00
“Əlbəttə, bizim üçün əsas noyabrdakı oyunlardır. Ancaq Azərbaycan yığması ilə çərşənbə günü olacaq görüş də bizim üçün vacibdir. Axı söhbət yığmanın nüfuzundan gedir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının baş məşqçisi Qus Hiddink deyib.
Dünya çempionatının final mərhələsinə çıxmaq üçün gələn ay pley-off oyunlarında iştirak edəcək ruslar buna qədər seçmə mərhələni Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşlə yekunlaşdıracaq. Hiddinkin sözlərinə görə, milli komandamızla oyun nəticə baxımından heç bir əhəmiyyət daşımasa da, hər halda, baxımlı oyun gözləməyə dəyər: “Azərbaycanla görüşdə yaxşı futbol göstərməyə çalışacağıq. Hesablarında sarı vərəqə olan və bununla da cəzalana bilən futbolçuları unutmuruq. Onlarla bağlı risk edə bilmərik. Fikrimcə, hamı bunu yaxşı başa düşəcək. Axı bizim üçün əsas noyabrdakı görüşlərdir. Qaydaya görə, Bakıda növbəti sarı vərəqəni alan futbolçular pley-off mərhələsində ilk görüşləri buraxmalı olacaq. Yəqin ki, bu, Azərbaycanla görüşdə oyunumuzda əsas heyətə öz təsirini göstərəcək. Heyətimizdə dəyişiklik olsa belə, istənilən halda, məqsədimiz Azərbaycan yığmasını udmaqdır”.
Moskvadakı son məşqdə iştirak etməyən futbolçuların taleyinə toxunan holland mütəxəssis onların soyuqladıqlarını təsdiqləyib: “Roman Pavlyuçenko ilə Vasili Berezutski özlərini pis hiss edirlər. Buna görə də oteldə qaldılar. Onların, eləcə də Pavel Poqrebnyakın durumu haqda indi heç bir nikbin fikir söyləyə bilmərəm. Onlar soyuqlayıblar, haqlarında bu gün axşam qərar qəbul edəcəyik. Hələ ki biz “Lokomotiv”dən Oleq Kuzmin və “Moskva”dan Dmitri Tarasovla əlaqə saxlayaraq, onları yığmaya dəvət etmişik. Ola bilsin ki, məhz onlar bizimlə Bakıya getdi, xəstələnənlər isə qaldı”.
Qeyd edək ki, sonradan Vasili Berezutskinin Bakıya gəlməyəcəyi dəqiqləşib, Pavlyuçenko və Poqrebnyakla bağlı son vəziyyət isə bu gün aydınlaşacaq.

0
0