La Liqanın gözəlçəsi - FOTOSESSİYA
13.10.2009 - 13:21
La Liqanın gözəlçəsi - FOTOSESSİYA
İspaniyanın “Diario Sport” qəzeti ölkə çempionatında oynayan futbolçuların həyat yoldaşları və ya sevgililəri arasında ən yaxşı qadını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu sorğuda birinci yeri Madrid “Atletiko”sunda forma geyinməyən Dieqo Forlanın sevgilisi Zaira Nara tutub.

Manekenlik edən 21 yaşlı Zaira xüsusilə ideal bədən quruluşuna görə, La Liqadakı bütün “rəqiblərini” qabaqlayıb. Yeri gəlmişkən, onun bacısı Vanda Nara vaxtilə “Barselona”da oynamış Maksi Lopesin həyat yoldaşıdır.