Rusiyalı futbolçular yığmamızla oyuna “poxmel” çıxacaqlar?
13.10.2009 - 13:26
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah Azərbaycanla qarşılaşacaq Rusiya yığmasının futbolçuları meydana içkili vəziyyətdə çıxa bilərlər. Apasport.az saytının məlumatına görə, şimallıların baş məşqçisi Qus Hiddink yetirmələrinə Bakıda qalacaqları “Hyatt Park” otelinin mini-barlarındakı spirtli içkilərdən istifadəsinə icazə verib.
Rusiyalıların oteldəki qəbuluna cavabdeh olan Elmira Yaqubova bunu belə izah edib: “Rusiya tərəfi bizdən xahiş etdi ki, mini-barlardakı içkiləri boşaltmayaq. Adətən futbol komandaları müraciət edib içkilərin yığışdırılmasını istəyir. İndiyədək qəbul etdiyimiz bütün komandalar bu tələbi qoyub. Ona görə də, rusiyalılar bizi bir az təəccübləndirdi. Biz otelin II və III mərtəbələrini Rusiya yığması üçün saxlamışıq”.
Yaqubovanın sözlərinə görə, Hiddinkin özü komandasından fərli, VİP nömrədə qalacaq. Hollandiyalı Rusiya yığmasının heyətində buna layiq görülən yeganə adamdır: “Hiddink otelin VII mərtəbəsində qalacaq. Burada əsasən prezidentlər və nazirlər qalır. Onun üçün müxtəlif meyvələr, sevimli Avstraliya içkiləri, həmçinin müxtəlif siqarlar hazırlamışıq”.
Qeyd edək ki, Rusiya Futbol İttifaqının müraciətinə əsasən Hiddinkin otağı digərləri ilə eyni qiymətə olacaq. Oteldə ən ucuz nömrə isə ruslara 11 min rubla başa gəlib.

0
0