Məşqçi futbolçuları başına yığıb, AFFA və Hakimlər Komitəsini söydü
13.10.2009 - 13:38
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Arzu Mirzəyev ağır cəzaya məruz qalıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, SSRİ dövründə “Neftçi”də çıxışı ilə tanınan veteran müdafiəçi 10 oyunluq diskvalifikasiya olunub.
İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul edilən belə ağır cəzaya səbəb Mirzəyevin AFFA və Hakimlər Komitəsinin ünvanına nalayiq ifadələr işlətməsidir. Həvəskarlar arasında Azərbaycan birinciliyində iştirak edən TİM klubunun məşqçisi olan Mirzəyev oktyabrın 11-də “Avey”lə görüşün 35-ci dəqiqəsində komandanın bütün oyunçularını meydanın mərkəzinə toplayaraq, AFFA və Hakimlər Komitəsinin ünvanına nalayiq ifadələr işlədib. Nəticədə oyun yarımçıq dayandırıldığı üçün TİM-ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, 45 yaşlı Mirzəyev vaxtilə Gəncənin “Kəpəz” klubunun baş məşqçisi olub.

0
0