Berti Foqtsun yubileyi
13.10.2009 - 14:18
Berti Foqtsun yubileyi
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya qarşılaşması milli komandamızın baş məşqçisi Berti Foqts üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 63 yaşlı mütəxəssis yığmamızın “sükanı arxasında” 20-ci oyununa çıxacaq.

Bu həm də Foqtsun 10-cu seçmə matçıdır. Ötən il iyunun 1-də Zenitsa şəhərində Bosniya və Herseqovinanın qonağı olan milli komandada debüt edən almaniyalı indiyədək 19 qarşılaşmada iş başında olub. Bu müddətdə milli komandamızın seçmə mərhələnin 9 oyununda 1 qələbə qazanıb, 1 heç-heçə edib və 7 dəfə məğlub olub. Yığmamızın top fərqi 3:13-dür.

Ümumilikdə, Foqtsun yetirmələri 3 qələbə qazanıb, 5 heç-heçə edib və 11 dəfə uduzub. Ümumi top fərqi isə millimizin xeyrinə deyil: 11:29

Qeyd edək ki, milli komandada ardıcıl oyunlar sayındakı rekord Vaqif Sadıqova məxsusdur – 21 oyun. Şahin Diniyev isə ardıcıl 20 matçda yığmanı meydana çıxarıb.

Foqtslu yığmanın bütün oyunları

 

2008

 

 

 

 

1

1 iyun

Zenitsa

YO

Bosniya və Herseqovina - Azərbaycan

1:0

2

4 iyun

Andorra-la-Vella

YO

Andorra - Azərbaycan

1:2

3

20 avqust

Reykyavik

YO

İslandiya - Azərbaycan

1:1

4

27 avqust

Tehran

YO

Iran - Azərbaycan

1:0

5

6 sentyabr

Kardif

Uels - Azərbaycan

1:0

6

10 sentyabr

Bakı

Azərbaycan - Lixtenşteyn

0:0

7

11 oktyabr

Helsinki

Finlandiya - Azərbaycan

1:0

8

15 oktyabr

Manama

YO

Bəhreyn - Azərbaycan

1:2

9

19 noyabr

Bakı

YO

Azərbaycan - Albaniya

1:1

 

2009

 

 

 

 

10

1 fevral

Dubay

YO

Azərbaycan - Özbəkistan

1:1

11

11 fevral

Əl-Küveyt

YO

Küveyt - Azərbaycan

1:1

12

28 mart

Moskva

Rusiya - Azərbaycan

2:0

13

2 iyun

Kayseri

YO

Türkiyə - Azərbaycan

2:0

14

6 iyun

Bakı

Azərbaycan - Uels

0:1

15

9 iyun

Bakı

YO

Azərbaycan - İspaniya

0:6

16

12 avqust

Bakı

Azərbaycan - Almaniya

0:2

17

5 sentyabr

Lənkəran

Azərbaycan - Finlandiya

1:2

18

9 sentyabr

Hannover

Almaniya - Azərbaycan

4:0

19

10 oktyabr

Vaduts

Lixtenşteyn - Azərbaycan

0:2