Rusların Bakı planı: əvvəl məktəbə, sonra stadiona
13.10.2009 - 14:25
Rusların Bakı planı: əvvəl məktəbə, sonra stadiona
Futbol üzrə Rusiya milli komandasının dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanla oyun günü üçün planı bəlli olub. Apasport.az saytının məlumatına görə, Qus Hiddinkin rəhbərlik etdiyi kollektiv oktyabrın 14-də saat 11:00-da Bakının 160 nömrəli orta ümumtəhsil məktəbinə baş çəkəcək. Rusiyalı futbolçular burada məktəbin rəhbərliyi ilə görüşəcək, şagirdlərlə söhbətləşəcəklər. Azərbaycan - Rusiya matçı isə sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.