“Azərbaycanla oyuna çağırılmağımı zarafat kimi qəbul etdim”
13.10.2009 - 15:18
“Bakıdakı oyunda meydana çıxmağı çox istərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının debütantı Dmitri Tarasov deyib.
Azərbaycan yığması ilə 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunları çərçivəsində Bakıdakı görüşə sonradan çağırılan “Moskva” klubunun müdafiəçisi sabah Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacağını ümid edir: “Oyun öncəsi məşqdə özünü xüsusilə göstərmək çətindir. Ancaq bununla belə, Bakıda oynayacağımla bağlı ümidimi itirmirəm. Baş məşqçi Qus Hiddinklə söhbətim bir neçə kəlmədən ibarət oldu. O, hazırlaşmağımı dedi, sonradan paltardəyişmə otağına apardı, futbolçulara təqdim etdi”.
Tarasovun sözlərinə görə, o, milli komandamızla oyuna çağırıldığını bunu əvvəlcə zarafat sayıb: “Səhər saat 11-də “Moskva”nın heyətində məşq edirdim. Sonradan evə gəlib yatdım. Yığmamızın məşqçisi Aleksandr Borodyukun telefon zəngi məni yuxudan oyatdı. Bu, elə gözlənilməz baş verdi ki, ilk anda dəvəti zarafat kimi qəbul etdim”.

0
0