“Hakimlik utancverici, biabırçılıqdır!” - MÜSAHİBƏ
13.10.2009 - 15:47
Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin Rusiya mətbuatına müsahibəsi
- İndi Bakıda əhval-ruhiyyə necədir? Azərbaycan xalı qarşıdakı oyunla yaşayır?
- Əhval-ruhiyyə əladır. Bizim komanda cari seçmə mərhələdə ilk qələbəsini qazandı. Ümid edirəm ki, səbirsizliklə gözlədiyimiz ruslarla oyunda veteranlarla da görüşəcəyik. Biz qonaqpərvər xalqıq... Hə, imkan verin, sizi dünya çempionatına çıxmaq münasibətilə təbrik edim.
- Əvvəldən təbrik etmirlər, bizi hələ pley-off oyunları gözləyir...
- Qurtarın da. Cənubi Afrika Respublikası sizi gözləyir.
- Hər halda, vaxtından əvvəl irəli getməyək. Sizcə, Azərbaycanla qarşıdakı görüşdə nə gözləməyə dəyər?
- Uşaqlar həyat yox, ölüm üçün vuruşacaqlar. Bu oyun turnir cədvəlinə heç bir təsir göstərməyəcək. Ancaq bizim üçün qələbə prinsip məsələsidir. Yaxud da heç-heçə oynamaq.
- Moskvadakı oyuna əsasən heç demək olmaz ki, Azərbaycan xal götürməyə qadirdir?
- Ah, çox pis oynadılar, xüsusilə də hücumda. Kəsərli hücum olmayanda bütün komada sönür.
- Sizin futbolçularda ustalıq səviyyəsi haradan gələcək?
- Əlbəttə, ustalıq səviyyəsi aşağıdır. Əvəzində istək var! Bunun sayəsində də nəsə etmək olar. Fikrimcə, Azərbaycan yığmasının əsas problemi rəqibin dörd futbolçusudur – Akinfeyev, İqnaşeviç, Bıstrov, Arşavin.
- Çox nadir futbol həvəskarı Azərbaycandan heç olmasa, bir futbolçunu sifətdən xatırlayar...
- Axı Rəşad Sadıqovu necə tanımayasan? Güclü mərkəz müdafiəçisidir. Əsl nümunədir. Mən Sadıqovu Valeri Qazzayevə hələ MOİK-də işlədiyi dövrdə təklif etmişdim. Ancaq Rəşadın keçidi İqnaşeviçə görə baş tutmadı. Hər halda, o, yaxşıdır... Başa düşürsünüz, SSRİ dağılandan sonra biz futbolun hayında deyildik. Məktəb kadrlar vermirdi. Buna görə, bizim yığmada demək olar tanınmış şəxs yoxdur. Ancaq gələcəkdə hər şey başqa cür olacaq. Biz son illərdə dəyişmişik, varlı, cüssəli olmuşuq. Bizim hər şeyimiz var! Bakıya gələndə onu tanımayacaqsınız. O, necə də yaxşılaşıb! Bakı Qafqazdakı şəhərlərlə müqayisədə nağıldır. Paytaxtın hər rayonunda bir neçə idman zalları tikilib. İnternatlar yaradılır, meydançalar tikilir. Ancaq hələ ki, nəticələrimizlə idman dirçəlişini üzərinə götürən ölkə prezidentini pis vəziyyətdə qoyuruq.
- Berti Foqts da prezidenti pis vəziyyətdə qoyur?
- Biz tanınmış məşqçiləri idmanımızı qaldırmaq üçün dəvət edirik. Ancaq gələn mütəxəssislər heç də onlara olan yüksək inamı doğrultmurlar. Ona, yəni Foqtsun ünvanına yığılan iradlar az deyil. Birincisi, o, cari seçmə mərhələdə yaxşı nəticə əldə edə bilmədi. İkincisi, Bakıya nadir hallarda gəlir və hər oyundan sonra vətəninə tələsir. Yığmaya namizədləri, o cümlədən gəncləri izləməklə özünü əziyyətə salmır. Çempionatın oyunları izləməyərək, köməkçilərinin fikrilərinə bel bağlayır. Üçüncüsü, futbolun inkişaf strukturunda lazımınca iştirak etmir. Dördüncüsü, lazım olmayan sözləri, ifadələri heç də az işləmir. Foqtsun müqaviləsində nə yazıldığını bilmirəm. Ancaq hesab edirəm ki, yığmanın məşqçisi futbolumuzun inkişafında daha aktiv iştirak etməlidir.
- Deyəsən, federasiya Foqtsla müqaviləni artırmaq arzusu ilə alışıb-yanmır, onunla əməkdaşlıq sona yaxınlaşmaqdadır...
- Bizdən maraqlanmaq lazımdır ki, Foqtsu görməyə alışıb-yanırıqmı? Təkrar edirəm, yığma nəticə göstərmir.
- Belə çıxır ki, Foqts sizin rəhbərlik etdiyiniz Məşqçilər Şurasının iradlarına qulaq asmır. Bəs “Neftçi”nin baş məşqçisi olan Vlastimil Petrjela necə reaksiya verirdi?
- Biz futbol adamları onu qəbul etmirdik. Petrjelanın yaramazlığı haqda çoxlu söhbətlər vardı. O, tez getdi. Yəqin ki, bunu Bakıda kazino olmadığı üçün etdi. Bizdə bu, qadağandır. Deyəsən, yeganə kazinonunu Xəzər dənizində uzaq bir adada tikməlidirlər.
- Foqtsun əvəzinə kimə göz qoymusunuz? Namizədlər arasında rusiyalı mütəxəssis Stanislav Çerçesovun da adı hallanır...
- Şəxsən mən Çerçesova böyük hörmətlə yanaşıram və onun namizədliyini dəstəkləyirəm. Hesab edirəm ki, böyük futbolçu olan Çerçesovla “Spartak”da nəzakətsiz davrandılar. Ancaq əslində, onunla heç bir danışıqlar aparılmayıb.
- Elə siz də yığmaya rəhbərlik etsəniz də, yüksək nəticə ilə öyünə bilməzsiniz...
- O vaxt vəziyyətin necə olduğunu xatırlayın – pulsuzluq! Ümumiyyətlə, mən nikbin insanam və heç vaxt gileylənmirəm. Ancaq o dövrdə futbolçular ayda 300 dollar məvacib alırdı. Belə pula futbolçu yaxşı ola bilməz.
- İndi Azərbaycan futbolunda maddi vəziyyət necədir?
- Rusiya Premyer Liqası ilə yarışmaq hələ tezdir. Ancaq yüksəliş gedir. Ölkədə təkcə futbolun yox, güləş, bədii gimnastika, yüngül və ağır atletikanın da səviyyəsi qalxır.
- Eşitdiyimə görə, siz Azərbaycan futbolunda legionerlərin çoxluğundan narazısınız..
- Həqiqətən də bizdə çoxlu legionerlər var. AFFA-nın İcraiyyə Komitəsində buna məhdudiyyət qoyduq, yəni 8-dən yuxarı ola bilməz. Bir məsələ də var ki, yığmaya milliləşən legionerləri çağırmaqda davam edirlər. Mən buna pis baxıram. Bizə belə legionerlər lazım deyil.
- Siz gəlmələrə qarşısınız?
- Mən qarşı deyiləm, onlar bizimkilərdən güclü deyillər!
- Acıq edirsiniz ki, Aleksandr Səmədov bir neçə il federasiyanızın təklifindən imtina etdi?
- Əlbəttə. Axı o, milliyətcə azərbaycanlıdır, yığmamızın lideri ola bilərdi. Aleksandr Bakıya gəldi, onu çox yaxşı qarşıladıq. Ancaq alınmadı, Rusiyanı seçdi. İstənilən halda, biz Aleksandrı sevirik, hörmət edirik, onun “Moskva”dakı uğurlarına sevinirik. Axı Səmədov niyə Rusiya yığmasında yoxdur? O, Hiddinkə çox lazım olardı.
- Bilmək maraqlıdır, Azərbaycan çempionatında hansı oyunlar daha maraqlıdır?
- “Xəzər-Lənkəran” Bakıya gələndə. Bir də “Neftçi” ilə “Qarabağ”ın görüşləri prinsipial olur.
- Federasiyanızın İcraiyyə Komitəsinin qərarından belə nəticə çıxartmaq olar ki, siz daha çox Rusiya təcrübəsini qəbul edirsiniz...
- Sizin çempionatınıza münasibətim çox pisdir. Sizin futbol belədir – rüşvətxorluq, həddən artıq danışılmış oyunlar var. Belə oyunlara baxmaq utandırıcıdır! Hakimlik – axı bu, utancverici, biabırçılıqdır! Yenə də təkrar edirlər: yüksəliş, yüksəliş. Hansı yüksəliş? Mən əslində nə olduğunu görmürəm.
- Televizorla?
- Azərbaycanda sputnik televiziyası çox yaxşı işləyir. Biz İtaliya, İngiltərə və İspaniya çempionatına baxır və Rusiya ilə müqayisə edə bilərik. Sizdə çoxlu çirkab var.
- Məhz nə?
- Siz niyə məni incidirsiniz? Rusiyada öz çirkabınızı məndən yaxşı bilirsiniz. Oyunlar rahatca verilir. Bu, açıq-aşkar görünür.
- Hansı danışılmış oyunları aşkar etmisiniz?
- Siz gördünüz, “Terek” Samarada necə oynadı? Bəs Nalçikdə? Bu komandaya diqqət yetirin. Bir-iki turdan sonra belə xal paylanması başlayacaq. Özünüz görəcəksiniz. Rusiya liqasında belə qəbul olunub. Oyun verilir, növbəti il isə geri alınır.

0
0