Tağızadə və Qurbanov yenə bir yerdə
13.10.2009 - 15:51
Tağızadə və Qurbanov yenə bir yerdə
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 17 yaşadək futbolçulardan ibarət yığmamızın təlim-məşq toplanışına 26 futbolçu cəlb olunub.

Avropa çempionatının Bakıda keçiriləcək seçmə oyunlarına hazırlıq məqsədilə təşkil olunan toplanışda almaniyalı baş məşqçi Oliver Pelzer bütün namizədləri sınaqdan keçirəcək: Abdulla Abatsiyev, Azər Abbasov, Elşən Abdullayev, Hacı Əhmədov, Slavik Alxasov, Fuad Əsədov, Emil Balayev, Kərim Diniyev, Aleksandr Qross, Rəhman Hacıyev, Tural Hümbətov, Əbülfəz Hüseynli, Elçin Hüseynov, Emin İbrahimov, Məqsəd İsayev, Şərif İslamov, Kazım Kazımlı, Emil Məmmədov, Ramil Mənsurov, Tural Mustafazadə, Nuran Qurbanov, Əlirza Qarabaği, Vasif Rzayev, Orxan Sadıqlı, Akif Tağıyev, Ruslan Tağızadə.

Qeyd edək ki, hazırlıq prosesi oktyabrın 26-dək davam edəcək.
0