Vaqif Sadıqov almaniyalı baş məşqçiyə qarşı
13.10.2009 - 15:55
Vaqif Sadıqov almaniyalı baş məşqçiyə qarşı
Bakının “Neftçi” klubunun yoldaşlıq oyunundakı növbəti rəqibi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Vaqif Sadıqovun yetirmələri ölkəmizin almaniyalı baş məşqçi Oliver Pelzerin rəhbərlik etdiyi 17 yaşadək futbolçulardan ibarət yığması ilə qüvvəsini sınayacaq. Bu matç sabah saat 11:00-da keçiriləcək.

Qeyd edək ki, Sadıqovun kluba qayıdışından sonra bakılılar 1 qeyri-rəsmi matça çıxaraq öz əvəzedicilərini 8:2 hesabı ilə darmadağın etmişdi.
0