Herr Berti, qapını bərk çırp!
13.10.2009 - 23:05
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti seçmə mərhələyə yekun vuracaq. Apasport.az saytının məlumatına görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində 4-cü qrupda yer alan yığmamız son görüşdə Bakıda Rusiyanı qəbul edəcək.
Rusiya komandası bu ilin martın 28-də Moskvada “Lujniki” stadionunda bizi 2:0 hesabı ilə məğlub edib və qrupda 2-ci yeri tutduğundan, dünya çempionatının pley-off oyunlarında mübarizə aparacaq. Bu məsələyə oktyabrın 10-da elə “Lujniki”də Almaniya yığmasına 0:1 hesablı məğlubiyyətdən sonra aydınlıq gəlib. Belə olan halda, Azərbaycan - Rusiya görüşünü nəticəsi turnir cədvəli baxımından heç bir əhəmiyyət kəsb etməyəcək. Üstəlik, 7 ay öncə keçirilən qarşılaşmada bizə qol vuran Roman Pavlyuçenko ilə Konstantin Zıryanov, habelə Vasili Berezutski, Yuri Jirkov, İqor Semşov və Aleksandr Anyukov görüşdə iştirak etməyəcək. Rəqib komandanın baş məşqçisi Qus Hiddink seçmə mərhələdə alınan sarı vərəqələrin pley-off oyunlarında qüvvədə qaldığını nəzərə alaraq, cəzalı duruma düşmək təhlükəsində olan bu altı futbolçunu qorumağı qərara alıb.
Təbii ki, bütün bunlar yığmamızın Rusiya ilə oyununda nəticə qazanmaqla bağlı ümidlərini artırır. Düzdür, geniş heyətə malik şimal qonşularımızın əsas futbolçuların yoxluğunda, xeyli zəiflədiyini düşünmək doğru olmaz. Hər halda, ruslarda əvəzedici, meydana çıxmaq üçün az şans qazanan futbolçularda həlledici oyunlar öncəsi özlərini sübut etmək üçün yaxşı imkan yaranıb və onlar Hiddinkin gözündə ucalmaq üçün dəridən-qabaqdan çıxacaqlar. Üstəlik, oyuna siyasi prizmadan da baxmaq olar və prinsipiallıq, ölkənin, yığmanın nüfuzu görüşə marağın azaltmayacaq. Oyuna köklənmə yetərincə olsa belə, nəticə baxımından gərginliyin olmaması görüşün baxımlı keçəcəyini, azarkeşlərin gözəl qarşılaşma izləyəcəyini deməyə əsas verir. Alman mütəxəssis Berti Foqtsun baş məşqçisi olduğu milli komandamız üçün qapını möhkəm çırpmağın ən yaxşı yolu nəticə qazanmaqdır.
Rusiyadan fərqli, yığmamızda heyətlə bağlı ciddi itkilər olmasa da, hər halda, zədə problemi mövcuddur. Ağdamın “Qarabağ” klubunda çıxış edən Elvin Məmmədov və Vüqar Nadirov zədədən əziyyət çəkir. Ancaq buna görə ciddi narahatçılıq keçirməyən baş məşqçi Berti Foqts sərəncamında olan bütün futbolçulara güvənir. Hər halda, Elvinlə Vüqarın yenə yığmamıza kömək edə biləcəyinə ümid bəslənilir. Rəşad Sadıqovun yoxluğunda milli komandada kapitan sarğısını daşıyan Samir Abbasovun cəzası başa çatdığı üçün meydana çıxa biləcək. Abbasovun qayıdışı nə qədər xoş olsa da, yığmamız cəzadan yaxa qurtara bilmədi. İndi də digər müdafiəçimiz Elnur Allahverdiyev belə problemlə üzləşdiyindən, kənarda qalacaq. Düzdür, Lixtenşteynlə görüşü idarə edən çernoqoriyalı hakim Pavle Radovanoviç 88-ci dəqiqədə ona göstərdiyi sarı vərəqəni rəsmi protokolda səhvən Rəşad Sadiqovun adına yazmışdı. Ancaq bunu araşdıran FİFA rəsmi saytında da düzəliş etdi və nəticədə vərəqə limitini aşan Allahverdiyev Rusiya ilə görüşdə cəzalı olduğundan, seçmə mərhələ onun üçün vaxtından əvvəl bitdi.
Qeyd edək ki, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu 37 yaşlı tanınmış Hovard Uebbin başçılıq etdiyi ingilis hakimlər briqadası idarə edəcək.

0
0