“Azərbaycanı məğlub etmək maraqlı vəzifədir”
13.10.2009 - 23:09
“Biz çox sevinirik ki, taleyimiz Azərbaycanla oyunda həll olunacaq. Axı belə vəziyyətdə hər şey öz əlimizdədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Danimarkanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Per Anderson deyib.
62 yaşlı mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin İsraildə keçirilən turnirinin son turunda Azərbaycan yığması ilə görüşəcək yetirmələrinə güvəndiyini açıqlayıb: “Azərbaycan yığmasının 6 xalı var. Bizim isə qarşımızda maraqlı vəzifə durur ki, onları məğlub etməliyik. Nikbinliyimizi itirmirik. Mən hələ də bu fikirdəyəm ki, növbəti mərhələyə çıxmağa iddia edirik”.
Qeyd edək ki, bu gün keçiriləcək oyunlardan sonra bu qrupun qaliblərinin adına aydınlıq gələcək. Hesabında 6 xal olan millimiz hətta minimal fərqlə uduzsa belə mərhələ adlayacaqsa, hərəyə 3 xalı olan Danimarka və Polşa son turun nəticələrinə ümid edir. Sonuncular bu dəfə meydan sahibləri, hər iki matçda uduzan İsrail futbolçuları ilə üz-üzə gələcək.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0