Bursada vətəndaşlara 15 min Azərbaycan bayrağı paylanıb
13.10.2009 - 19:04
Kamu-Sen həmkarlar təşkilatı və Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin təmsil olunduğu “Hepimiz Mehmetiz” Güc Birliyi Platforması Türkiyə-Ermənistan oyunu üçün hazırladığı 15 min Azərbaycan bayrağını matçın oynanacağı Bursa Atatürk stadionu qarşısında vətəndaşlara paylayıblar.
APA-nın məlumatına görə, Kamu-Sen həmkarlar təşkilatının Bursa şöbəsi bu aksiyanı valiliyin stadiona Azərbaycan bayrağı aparmağa qadağa qoymasına, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməməsinə, Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyəyə gəlməsinə etiraz əlaməti olaraq keçirdiyini bəyan edib. Bununla bağlı qəbul olunan bəyanatda stadionun yanında vətəndaşlara on beş minə yaxın Azərbaycan bayrağı paylandığı və hər kəsin oyunu izləməyə dəvət olunduğu bildirilir: “Çünki Azərbaycan tək deyil, milli matçda bütün dünyaya Azərbaycanın tək olmadığını çatdırmaq üçün hamımız stadionda olacağıq. Kamu-Sen bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini və bu torpaqlardan geri çəkilməməsini pisləyir”.

0
0