“Çelsi” - “Liverpul” görüşü danışılmış oyunlar siyahısında!
14.10.2009 - 09:48
UEFA-nın danışılmış oyunlarla bağlı apardığı araşdırmalarda adı hallanan matçlardan biri məlum olub. Apasport.az saytının məlumatına görə, qurumun şübhələndiyi 40 qarşılaşmadan biri Çempionlar Liqasının son mövsümünün 1/4 final mərhələsinin “Liverpul” – “Çelsi” görüşüdür.
Turnirdəki ingilis derbisinin Liverpuldakı oyunu 1:3, Londondakı matçı isə 4:4 hesabı ilə nəticələnmişdi. UEFA-nın matçla bağlı hər hansı şübhəsi olmasa da, Çinin bukmeker kontorlarından birində oyuna 30 milyon funt sterlinqin qoyulması qurum rəsmilərini araşdırma aparmağa vadar edib. Asiyalının hansı nəticəyə pul qoyduğu və udub-uduzmağı açıqlanmasa da, faktın özü şübhə doğurur.
UEFA-nın korrupsiyaya qarşı şöbəsinin nümayəndəsi Karl Dont belə halların Avropa futboluna ciddi təhlükə olması haqda rəhbərliyi məlumatlandırdığını bildirib: “Bizim əlimizdə kifayət qədər əsaslar var. Bu futbol tarixinin ən böyük ifşası olacaq. Məsələni yerində araşdırmaq üçün Çinə də getmişik. Səfərimiz bir kontorda Londonda keçirilən matçdan az əvvəl 30 milyon funtun qoyulması faktı ilə daha yaxından tanış olmaq məqsədi daşıyırdı”.

0
0