Türkiyə yığmasında daha bir ayrılıq
14.10.2009 - 09:59
Dünya çempionatının seçmə qrup mərhələsində uğursuzluğa düçar olan Türkiyə futbol yığmasında daha bir ayrılıq gerçəkləşir. Apasport.az saytının məlumatına görə, qapıçı Rüştü Recber milli komandadakı karyerasını başa vurmaq qərarına gəlib.
“Ötən il Avropa çempionatından sonra yığma ilə vidalaşmışdım. Lakin baş məşqçi Fatih Terim yenidən komandaya dəvət etdi və mən də qayıtdım. İndi isə Terim istefa verdiyindən, Ermənistanla oyun mənim üçün son matç olacaq. Bununla belə, mili komandanı buraxmaq olar, amma geri çağırıldığın zaman qayıtmalısan” - deyə Rüştü vurğulayıb.
Qeyd edək ki, bu gün Bursada Ermənistanla keçiriləcək qarşılaşma “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terimin öz vəzifəsində son görüşü olacaq.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0