“Azərbaycan yığmasını seçmədiyimə görə atam mənə “satqın” deməyib” - MÜSAHİBƏ
14.10.2009 - 10:22
“Moskva” klubunda çıxış edən azərbaycanlı futbolçu Aleksandr Səmədovun Rusiya mətbuatına müsahibəsi
- “Moskva” yavaş-yavaş Rusiya yığmasının baza klubu olur. Əvvəlcə Rebko çağırıldı, indi Tarasov. Necə hesab edirsiniz, yığmaya növbəti dəfə kim çağırılacaq?
- Kimi çağıracaqlar? Düzünə qalsa, bu haqda heç bir düşüncəm yoxdur. Prinsipcə, bizdə çoxlu yaxşı rusiyalı futbolçular var. Buna görə də çoxları dəvət ala bilər. Digər şərh istəyirsiniz? Gözləməyin, mən sizin fəndinizə aldanmayacağam (gülür).
- İndiki komanda yoldaşınız Tarasov və keçmiş oyundaşınız Kuzmini necə təbrik etdiniz?
- Tarasova sms göndərdim: “Səni təbrik edirəm! Buna layiqsən. Oyunda uğurlar!” Buna cavab nə oldu? Bax bu mövzuda bir qədər yazışdıq. Təəssüf ki, Oleqi təbrik etməyi unutdum. Ancaq eybi yoxdur, ona Bakıdan qayıdan kimi mütləq zəng edəcəyəm və bu uğur münasibətilə səmimi qəlbdən təbrik edəcəyəm.
- Bəlkə Azərbaycanla oyuna elə çağırılmamağın yaxşıdır. Bu ölkə ilə sizi çox şey bağlayır?
- Bəlkə də belədir. Digər tərəfdən, Azərbaycanda tanışlarım demək olar yoxdur. Buna görə də Bakıya tamamilə normal hisslərlə yollanardım. Məni Azərbaycanla bağlayan yalnız köklərimdir. Necə də olmasa, atam orada anadan olub.
- Xorvatiya vətəndaşlığını qəbul edən braziliyalı Eduardonun atası oğlunun seçiminə lakonik qiymət verdi – satqınlıq!
- (gülür). Bizdə belə şey olmayıb. Üstəlik, atam hərbi xidmətdən sonra praktiki olaraq dərhal Moskvaya gəldi. İndi onun 57 yaşı var və çətin ki, seçimimə görə məndən incisin.
- Ancaq yəqin ki, qarşıdakı oyunda simpatiyanız ikili olacaq?
- Buna cavab verməkdə çətinlik çəkirəm. Atam çətin ki, var gücü ilə Azərbaycanı dəstəkləməklə, televizorun qarşısında özünü “öldürsün”. O, sadəcə zövqlə futbola baxacaq. Xarakteri belədir.
- Ötənlərin tanınmış Azərbaycan futbolçusu Kazbek Tuayev belə deyib: “Səmədov yığmamızın lideri ola bilərdi”. Siz özünüz bu komandanın səviyyəsini necə təsəvvür edirsiniz?
- Mən bu komandaya ona görə baxıram ki, Rusiya yığması ilə bir qrupda çıxış edir. Digər nəticələri nəzərdən keçirəndə həmişə Azərbaycanla rastlaşırsan. Prinsipcə, bu, heç də pis komanda deyil. Yəqin ki, Azərbaycan bizim futbolçulara müqavimət göstərəcək və Rusiyadan xal almağa çalışacaq. Nəyəsə görə əminəm ki, hər şey heç də asan olmayacaq – Rusiyaya qələbə qazanmaq üçün yaxşıca çalışmaq lazım gələcək.
- Rusiyaya Almaniya ilə görüşdə də çalışmaq lazım gəldi. Bu, pis xatirə saxladı. Komanda uduzaraq qrupdan 1-ci yerdən çıxmaq şansını itirdi.
- Bununla belə, oyun xoşuma gəldi! Düzdür, yığmamızın qələbəsini proqnozlaşdırırdım. Etiraf edim ki, Almaniyanın oyununu da az bəyənmədim. Xüsusilə bəzi şəxsiyyətlərini. Hansıları? Bütün orta sahə oyunçularını – Ballak, Özil, Rolfes. Xüsusilə Rolfesi. Fikrimcə, o, oyunun ən yaxşı futbolçusu idi. Ümumiyyətlə, Almaniyanın futbolu xoşuma gəlir. Bir sözlə, səviyyəli komandadır!
- Mümkün rəqiblərimiz da az səviyyəli deyil – Ukrayna, Sloveniya, Slovakiya, Bosniya və Herseqovina. Siz yığmamıza kimi rəqib görmək istərdiniz?
- Belə cavab verim: belə oyunlarda asan rəqiblər olmur. Bu, yüz faizli aksiomadır! Görəcəksiniz, kim olursa-olsun, bizə çətinlik yaradacaq. Çox çətin olacaq.

0
0