“Desəm ki, Bakıdakı oyuna super köklənmişik, yalan danışaram”
14.10.2009 - 10:33
“Desəm ki, Bakıdakı oyuna super köklənmişik, yalan danışaram”
“Bakını yalnız avtobusun pəncərəsindən gördüm. Ancaq hər halda, ilk səfərimlə müqayisədə Bakının necə gözəlləşdiyinin şahidi oldum. Həmin vaxt MOİK-in heyətində Çempionlar Liqasının təsnifat mərhələsində “Neftçi” ilə oynayırdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının vitse-kapitanı Sergey Semak deyib.

33 yaşlı futbolçunun fikrincə, paytaxtımız daha da yaxşılaşıb: “Çoxlu tikintilər var. Hiss olunur ki, şəhər inkişaf edir və abadlaşır. Azərbaycan yığması ilə “Lujniki” stadionunda keçirdiyimiz ilk oyunu çox gözəl xatırlayıram. Qələbəni heç də asan əldə etmədik. Ümumiyyətlə, indiki Azərbaycan yığmasında Berti Foqtsun əli hiss olunur. Bu komanda daha güclənib, mütəşəkkil olub. Cari seçmə mərhələdə cəmi bir dəfə böyük hesabla uduzub. Onda da qrupumuzun lideri Almaniyaya. Digər görüşlərdə isə ciddi müqavimət göstərib. Düşünmürəm ki, bizə Bakıda asan olacaq”.

Semak bildirib ki, Bakıda mütləq qazanmalıdırlar: “Bir də ki pley-off oyunlarına hazırlıq artıq başlayıb. Bu görüşlər avtomatik olaraq mövsümdə əsas olur. Bakıda bizdə super köklənmə olduğunu desəm, yalan danışaram. İndiki vəziyyətdə bu, mümkün deyil. Ancaq biz hamımız peşəkarıq və meydana çıxanda işimiz üçün bütün gücümüzü qoymalıyıq”.