Türkiyə futbol yığması Ermənistanı məğlub etdi
14.10.2009 - 10:38
Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandası 2011-ci il Avropa çempionatının seçmə mərhələsində Ermənistanla qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Eskişehirin “Atatürk” stadionunda təşkil olunan görüş “ay-ulduzlular”ın qələbəsi ilə nəticələnib - 1:0. Ermənilərin qapısına yeganə qolu 90+4-cü dəqiqədə Aydın Yılmaz vurub. Bu gün Bakı vaxtı ilə saat 23:00-da isə Bursa şəhərində hər iki ölkənin əsas yığmaları arasında dünya çempionatının seçmə qrup mərhələsinin oyunu keçiriləcək.
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0