Rusiya himni Bakıda yarımçıq səslənməyəcək
14.10.2009 - 10:42
Bu gün dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan milli komandasının qonağı olacaq Rusiyanın himni yarımçıq səslənməyəcək. Bu haqda apasport.az saytına məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, hər iki ölkənin himni canlı orkestrlə bütöv səsləndiriləcək.
Hərçənd, martın 28-də Moskvanın “Lujniki” stadionunda keçirilmiş Rusiya - Azərbaycan (2:0) matçında bizim himnimiz qısaldılmışdı. Belə ki, oyundan öncə himnimiz cəmi 1 dəqiqə 16 saniyə səsləndirilmişdi. Buna görə də Bakıda da rusların himninin az səslənəcəyi gözlənilirdi.
Lakin AFFA-nın baş katibi himnin qısaldılmayacağını bildirib: “Çünki himnlər canlı orkestr tərəfindən ifa olunacaq. Bu səbəbdən Rusiyanın himnini qısaltmağımız məqsədəuyğun deyil”.
Qeyd edək ki, sözügedən görüş bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0