“Neftçi”nin sabiq məşqçisi Hiddinkə ağıl öyrədir
14.10.2009 - 10:56
“Hesabında vərəqə olan futbolçular Almaniya ilə oyunda bilərəkdən xəbərdarlıq ala da bilərdilər. Bununla da onların cəzaları Bakıdakı görüşdə silinəcəkdi. Bu praktikadan dünyanın çox yerində istifadə olunur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq məşqçisi Yuri Sevidov deyib.
Rusiya mətbuatında şərhçi kimi çalışan mütəxəssis bu gün keçiriləcək Azərbaycan – Rusiya oyunu ilə bağlı düşüncələrini açıqlayıb. Sevidov baş məşqçi Qus Hiddinkin meydana buraxacağı və buraxmayacağı oyunçulardan da bəhs edib: “Lakin belə qərarı baş məşqçi verir. Həm də ki, Almaniya ilə matçın son dəqiqələrinə qədər heç nə həll olunmamışdı. Bilmək olmazdı, birdən hakim 1-2 penaltimizi versəydi, Azərbaycanla ikinci heyətlə oynayacaqdıq ki? İndiki vəziyyətdə isə həmin 6 futbolçunu oynatmamaq düzgün qərardır. Bakıdakı əhəmiyyətsiz qarşılaşmada risk etməyə dəyməz”.
Sevidov məşhur hollandiyalıya ağıl da öyrətmək istəyib: “Hiddink hələ ötən həftə Bakıdakı oyunda müdafiədə eksperiment edəcəyini demişdi. Azərbaycanla matç da eksperiment poliqonudur. Yəqin ki, dayaq yarımmüdafiəçisi olan Dmitri Tarasov mərkəz müdafiəçisi kimi meydana çıxacaq. Məncə, bu mübahisəli məqamdır. Bu mövqedə “Rubin”li Şaronov və ya “Amkar”lı Belorukovun sınamaq daha məqsədəuyğun olardı. Semakın start heyətinə dönəcəyinə əminəm. Başa düşmürəm, niyə Denisov bu mövqenin sahibinə çevrilib. O hər şeydən bir az bacarır. Və qeyri-adi heç nə ilə fərqlənmir. Ümumilikdə isə düşünürəm ki, bu ehtiyat qüvvə üçün özünü göstərmək şansıdır və oktyabryatlar - yaşa yox, aya görə bundan yararlanacaq” .
Qeyd edək ki, Rusiya yığması müdafiəçilər Aleksandr Anyukov, Vasili Berezutski, yarımmüdafiəçilər Yuri Jirkov, Konstantin Zıryanov, İqor Semşov və hücumçu Roman Pavlyuçenkonun xidmətindən yararlanmayacaq.

0
0