“Neftçi”də elə bir vitse-prezident var idi ki, komanda uduzanda, hamını söyürdü”
14.10.2009 - 12:03
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, çexiyalı mütəxəssis dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Rusiya matçı ilə bağlı fikirlərini, həmçinin ölkəmizlə bağlı xatirələrini açıqlayıb.
- Cənab Petrjela, Azərbaycan futbolunu necə dəyərləndirirsiniz?
- O dövr gözəl zamanlar idi. Azərbaycanda yaxşı, texnikalı futbolçular var. Düzdür, taktiki cəhətdən bir az istədiyim kimi deyil. Amma texnika, sürət – hər şey var.
- Azərbaycanla bağlı heç vaxt unutmayacağınız bir şey varmı?
- Bütün Azərbaycan. İndiyədək hər şey gözümün qabağındadır. Orada yolun ortasından keçilər, atlar keçir. Çexiyada belə şey görməmişəm.
- Bəs futbolda?
- Futbolda unutmayacağım fakt odur ki, Azərbaycanda yaxşı stadion yoxdur. Düzdür, Lənkərandakı arenanı görməmişəm. Deyirlər ki, yaxşı stadiondur. Çexiyada güclülər dəstəsi klublarının yaxşı stadionları var. Amma orada yoxdur. Başqa hər şey Avropadakı kimidir. Bir də azarkeşlər oyunlara az gəlir.
- Deyirlər ki, bir dəfə məşq əvəzinə futbolçularla birgə “Zenit”in qızıl oyununa baxmısınız...
- Uşaqlar mənə dedilər ki, “Zenit”in əhəmiyyətli oyunu var, gedək birimizin evində baxaq. Onlar futbolu sevirdilər, mən də “Zenit”i. Belə olan halda, razılaşdıq.
- Nəzəri cəhətdən Azərbaycan yığması nəyə qadirdir?
- Nə isə demək çətindir. Axı onlar bir ucdan kimə gəldi uduzurlar. İlk dəfə Lixtenşteyni uddular. Niyə belə olduğunu bilmirəm. Məncə, Azərbaycan yığması daha yaxşı oynaya bilər.
- İnkişaf üçün Azərbaycanda nə isə varmı? Meydanlardan danışdınız, bəs gənc oyunçular?
- Dəqiq bilmirəm. Amma Çexiya və Rusiyadakı kimi gənclər yoxdur. Bu sahədə problemlər var. Orada olduğum müddətdə aşağı yaş qruplarının iştirakı ilə cəmi 1 oyun gördüm. Bu da U-21-in matçı idi.
- Klubların gənc və yeniyetmə komandaları var idi?
- Mənə deyirdilər ki, varımızdır. Amma görməmişəm.
- Azərbaycan futbolunun rəhbərləri necədir?
- Bizim yaxşı münasibətlərimiz var idi. Bilirsiniz, “Neftçi” oynamayanda – mən orada olanda klubda necə deyim e, elə bir vitse-prezident var idi - komanda uduzanda, gəlib hamını söyürdü. Səhərə kimi təhqir edirdi. Bu, normal hal deyildi. Bilirsiz, digər tərəfdən də, o komandanı çox sevirdi. Səhv etmirəmsə adı Musa idi.
- Rusiya ilə müqayisədə onlarla dil tapmaq çətin idi?
- Əlbəttə. Rusiyada hər şey yüksək səviyyədə, Azərbaycanda isə çox çətin idi. Baza yox idi, köhnə stadionun meydanında oynayırdıq.
- Azərbaycanlılar oyun öncəsi özlərini necə aparırlar? Onlar qürurlu millətdir, yəqin ki, udmaq haqda düşünürlər?
- Həmişə eyni cür aparırlar, axı həmişə uduzurlar. Qələbə isə bayramdır. Rusiyanı udmaq isə nəhəng bayram olacaq.
- Kazbek Tuayevi tanıyırsınız? O, Rusiyanı parçalayacaqlarını iddia edir...
- Nə deyib? Parçalayacaqlar (gülür). Heç cür ola bilməz. Düzünü deyim ki, Rusiya Azərbaycandan çox güclüdür. Futbolçular arasında fərq də böyükdür. Mən əminəm ki, onlar mübarizə aparacaq, döyüşəcəklər. Üstəlik, azarkeşlərin dəstəyi. Bu prinsipial oyun olacaq. Amma Azərbaycan yığması zəifdir.
- Azərbaycan yığması həqiqətən uda bilərmi?
- Uda bilər. Futbolda hər şey mümkündür. Rusiya birinci yer şansını itirib. Bilmirəm, bəlkə də Rusiya ikinci heyətlə oynadı. Azərbaycana azarkeşlik edəcəyəm. Amma əminəm ki, Rusiya qalib gələcək.
- Siz Azərbaycana azarkeşlik edəcəksiniz?
- Bəli, Azərbaycana. Orada hər şey elə sadədir ki. Orada hər şey ürəyimcə idi.
http://www.sports.ru/football/39271784.html

0
0