Azərbaycan yığması İranla yoldaşlıq görüşü keçirəcək
14.10.2009 - 12:22
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, oktyabrın 15-dən 20-dək İranda toplanışda olacaq yığmamız 10 nəfərlə hazırlıq keçəcək.
Hazırlıq prosesi çərçivəsində millimiz oktyabrın 16, 18 və 20-də Tehran şəhərində İran yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Komandamızın baş məşqçisi Emil Cabbarov heyətə gənc futbolçular da cəlb edib: Elnur Əhmədov, Emin Kürdov, İlqar Abdullayev, Renat Sultanov, Ruslan Yusubov, Rövşən Durmuşov, Namiq Həsənov, Orxan Rəcəbov, Umud Hüseynov, Orxan Əsgərov.
Qeyd edək ki, təlim-məşq toplanışına əsasən gənc futbolçuların cəlb olunması komandanın komplektləşdirilməsi məqsədi daşıyır.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0