15 metrdən uzağa ötürmə verə bilməyən futbolçunun yığmada nə işi?
14.10.2009 - 12:37
15 metrdən uzağa ötürmə verə bilməyən futbolçunun yığmada nə işi?
Dünya çempionatının seçmə mərhələsinin bu gün keçiriləcək oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq Rusiya yığmasının yarımmüdafiəçisinin çatışmayan cəhətləri məlum olub. Apasport.az saytının məlumatına görə, şimallıların baş məşqçisi Qus Hiddink Renat Yanbayevin Almaniya ilə matçda oynamamağının sirrini açıqlayıb.

Azərbaycanla qarşılaşmada oynamayacaq Yuri Jirkovla rəqabətə tab gətirməyən yarımmüdafiəçinin bu çatışmazlığı Bakıdakı görüşdə oynamasına əngəl deyil: “Həqiqətən də Yuranın oyun praktikası çatışmırdı. Lakin fiziki cəhətdən o norma oyun keçirə bildi. Qələbə qazanmalı olduğumuz üçün Jirkova üstünlük verdik. O meydanı daha yaxşı gördüyündən, həlledici ötürmə vermək bacarığına malikdir. Renatla müqayisədə daha yaradıcı futbolçudur. Müdafiəyə meylli olan Yanbayev top almaqda və təkbətək mübarizələrdə daha faydalıdır. Yanbayev 10-15 metrdən uzağa ötürmə verə bilmir”.