Azərbaycan - Rusiya görüşünün baş hakimi qarət edilib
14.10.2009 - 14:03
Bu gün baş tutacaq Azərbaycan – Rusiya oyununun ingilis baş hakimi Hovard Uebb oğruların qurbanı olub. Apasport.az saytının məlumatına görə, 37 yaşlı FİFA referisi bu xoşagəlməz olayla İngiltərə kuboku uğrunda “Derbi Kaunti” və “Nottingem Forest” klubları arasındakı görüşdən öncə rastlaşıb.
Evdən çıxaraq maşınına tərəfə gedən Uebb soyğunçuluq hadisəsinin şahidi olub. Belə ki, maşının şüşələri sındırılıb. Bahalı naviqatora zərər dəyməsə də, arxa oturacaqda olan hakimlik çantasından fit, vərəqələr, saat və laynsmanla ünsiyyət qurmaya imkan verən yeni radio sistem oğurlanıb. Maraqlıdır ki, Hovard bunu təbəssümlə qarşılayıb və zarafatından da qalmayıb: “Yəqin ki, bunu yeni hakimliyə başlayanlardan kimsə edib”.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0