“Messini milliləşdirək, yığmamızda oynasın”
14.10.2009 - 13:40
Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messini milliləşdirmək istəyirlər. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin Albaniya ilə oyunu ərəfəsində mətbuat konfransı keçirən İsveç yığmasının lideri Zlatan İbrahimoviç argentinalının durumuna şərh verməli olub.
28 yaşlı hücumçu “Barselona”dakı komanda yoldaşının Argentina yığmasındakı uğursuzluqlara görə tənqid olunmasından yararlanmaq niyyətini açıqlayıb: “Əgər Argentinada onu yığmada görmək istəmirlərsə, Messi gəlib İsveç yığmasında oynamaq arzusunda olduğunu bildirsin. Biz sevinə-sevinə onu komandamıza qəbul edərdik. Belə olsa, Messinin yığmada pis çıxış etdiyini düşünənlər həmin vaxt Lionelsiz millinin necə oynayacağını da görərdi”.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0