FİFA rəsmisi: Bayraqla bağlı heç nə deyə bilmərəm! - EKSKLÜZİV
14.10.2009 - 15:43
“Azərbaycan bayrağının Türkiyə - Ermənistan oyununa buraxılmaması ilə bağlı heç nə deyə bilmərəm”. Bu sözləri apasport.az saytına eksklüziv açıqlamasında FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik deyib.
Erzik bu gün Bursada dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Türkiyə və Ermənistan yığmalarının görüşünə Azərbaycan bayrağının gətirilməsinə FİFA tərəfindən qadağa qoyulması barədə geniş danışmaq istəməyib: “İndi çox məşğulam. Qısaca olaraq onu deyə bilərəm ki, bu sualı Türkiyə Futbol Federasiyasının rəhbərliyinə ünvanlayın”.
Həmçinin, o, “Siz özünüz stadiona Azərbaycan bayrağının buraxılmasının tərəfdarısınız, ya yox” sualını da cavablandırmaqdan boyun qaçırıb.

- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0