TFF prezidenti: Azərbaycan bayrağı ilə bağlı son qərarı Bursa Valiliyi verəcək
14.10.2009 - 17:02
TFF prezidenti: Azərbaycan bayrağı ilə bağlı son qərarı Bursa Valiliyi verəcək
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgener FİFA-nın Türkiyə-Ermənistan matçı zamanı stadiona Azərbaycan bayrağının gətirilməsinə qadağa qoyması mövzusunda açıqlama verib. Lent.az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, açıqlama yerli telekanallardan birinə verilib. Özgener “Azərbaycan bayrağının stadiona buraxılıb-buraxılmaması mövzusunda son qərarı yenə də Bursa Valiliyi verəcək” deyib.

Türkiyə-Ermənistan matçı bu gün Bakı vaxtı ilə 23:00-da keçiriləcək.