AFFA FİFA-nın Azərbaycan bayrağı ilə bağlı çıxardığı qərara münasibət bildirdi
14.10.2009 - 17:54
AFFA FİFA-nın Azərbaycan bayrağı ilə bağlı çıxardığı qərara münasibət bildirdi
AFFA 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bursada Türkiyə və Ermənistan yığmalarının oyununda Azərbaycan bayrağının yüksəlməsinə qadağa qoyulması ilə bağlı FİFA-nın çıxardığı qərara münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, məsələni araşdıran AFFA FİFA-nın səlahiyyətli nümayəndələri ilə müzakirə aparıb. Belə müəyyənləşdirilib ki, həmin qərar FİFA-nın Oyunların Keçirilməsinin Təhlükəsizlik Qaydalarının 26-cı maddəsinə uyğun olaraq, futbol oyunlarının siyasi məqsədlərdə vasitə kimi istifadə olunmamağı üçün qəbul edilib.

Qeyd edək ki, FİFA-nın qərarında oyun zamanı stadiona Türkiyə və Ermənistanın dövlət bayraqlarından başqa, heç bir dövlətin bayrağının buraxılmamağı göstərilib.