Arşavin: Bakıda qələbə qazanmaq istəsək də, bizə nəsə çatışmadı
15.10.2009 - 12:51
Arşavin: Bakıda qələbə qazanmaq istəsək də, bizə nəsə çatışmadı
“Azərbaycan yığması üzərində qələbə qazanmaq istəyirdik. Buna çalışsaq da, bizə nəsə çatışmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının kapitanı Andrey Arşavin öz rəsmi saytına açıqlamasında deyib.

2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla Bakıdakı oyunda (1:1) yığmasının yeganə qoluna imza atan 27 yaşlı hücumçu qələbə qazana bilmədiklərinə görə üzülür. Ancaq bununla belə, Arşavin əsas məqsədin nəticə olmadığını söyləyib: “Biz ötən oyunlarda iştirak etməyən futbolçulara özlərini göstərməyə imkan yaratmadıq. Biz bir komandayıq. Hər futbolçu istənilən vaxtda meydana çıxmağa hazır olmalıdır. Bunun üçün təcrübə lazımdır. Onu isə oyunlarda əldə etmək olar. Oyuna gəlincə, əfsuslar olsun ki, görüş qələbə ilə başa çatdıra bilmədik. Üzülürük. Qarşıda iki ən vacib oyunumuz var. Məhz bu görüşlərdə dünya çempionatına yollanmaq taleyimizə aydınlıq gələcək”.