Arşavinin xanımı və oğlu Bakıdan sağ-salamat ayrılıb
15.10.2009 - 14:30
Arşavinin xanımı və oğlu Bakıdan sağ-salamat ayrılıb
Rusiya yığmasının kapitanı Andrey Arşavinin ailəsi Bakını sağ-salamat tərk edib. Apasport.az saytının məlumatına görə, London “Arsenal”ının şərəfini qoruyan 27 yaşlı hücumçu 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə oyuna həyat yoldaşı Yuliya və oğlu Artyomu da gətirib. Oyun zamanı azarkeşlərimizlə rusiyalı fanatlar arasında düşən dava-dalaş zamanı Arşavinin ailəsi Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarında olub: “Həyat yoldaşımla oğlum sağ-salamatdır. Dava başlayanda fikirləşdim ki, yerli azarkeşlər öz arasında münasibətləri ayırd edir. Məlum oldu ki, bizimkilər azərbaycanlılarla dalaşır. Mənə elə gəlir ki, bu, düz deyil. Bir-birini şikəst etməkdənsə, dostlaşmaq lazımdır. Azarkeşlərin münasibətlərini bu cür aydınlaşdırması xoşuma gəlmir. Afərin, Bakıya yığmamızı dəstəkləməyə gələnlərə. Biz dəstəklədiklərinə görə sağ olsunlar”.