“Rusiya kimi güclü komandadan xal almaq...”
15.10.2009 - 14:38
“Rusiya kimi güclü komandadan xal almaq, Azərbaycan futbolunun inkişaf etdiyinə nümunədir. Bu oyunda rəqiblə müqayisədə daha çox nəticə qazanmaq istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədov deyib.
Ağdamın “Qarabağ” klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçisi dünya çempionatının seçmə mərhələsinin Rusiya ilə oyunu ilə bağlı fikirlərini açıqlayıb: “Buna inanırdıq da. Həm də ki, rəqib meydana bir az arxayın çıxmışdı. Qələbəmizdə azarkeşlərin də böyük əməyi oldu. İndiyədək heç vaxt azarkeşləri belə görməmişdim. Sözün düzü, ilk qoldan sonra bir az ruhdan düşmüşdük. Lakin özümüzdə güc tapıb bərabərlik qolunu vurduq. Əsas da xal qazanmağımız idi”.
Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu 1:1 hesabı ilə başa çatıb.

0
0