Ruslan Abışov: Özümüzə inanırdıq
15.10.2009 - 15:18
“İlk 15 dəqiqədə bir az çətin oldu. Lakin sonradan özümüzə gəlib daha diqqətli oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışov deyib.
Bakının “Neftçi” klubunda çıxış edən 22 yaşlı futbolçu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə keçirilən matçda özünə inamın böyük olduğunu vurğulayıb: “Rusiya yığmasının hücumçuları dünya səviyyəli futbolçulardır. Lakin bizdə özümüzə, uğurlu nəticə qazanacağımıza inam var idi. Qapımıza penalti təyin olunanda inanırdım ki, Kamran qola imkan verməyəcək. Qol buraxanda isə həvəsdən düşməyib, daha əzmlə oynamağa başladıq”.

0
0