“Azərbaycanlı futbolçulardan biri oyundan sonra mənə yaxınlaşıb dedi ki...”
17.10.2009 - 11:37
”Azərbaycanlı futbolçular yaxşı artistdirlər. Onlar meydanda mübarizə zamanı ən yüngül toxunuş zamanı belə yerə yıxılırdılar. Hakim də tez-tez onlara inanırdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının futbolçusu Diniyar Bilyaletdinov deyib.
İngiltərənin “Everton” klubuna yeni transfer olunan, milliyətcə tatar olan futbolçu Azərbaycan milli komandası ilə 2010-cu il dünya çempionatının seçmə mərhələsində Bakıdakı oyunda (1:1) həmkarı Yuri Jirkovun yoxluğunda sol cinah müdafiəçisi funksiyasını yerinə yetirib. Diniyar da komanda yoldaşları kimi milli komandamızla görüşdə qələbə qazana bilmədiklərinə görə təəssüflənir: “Əlbəttə, 3 xal əldə edə bilməməyimiz üzücüdür. Ancaq nəyin bahasına olursa-olsun, qələbə qazanmaq məcburiyyətində deyildik. Bütün emosiyalarımızı oktyabrın 10-da Almaniya ilə Moskvadakı görüşdə ortaya qoymuşduq. Təsadüfi deyil ki, almanlar da son turda heç-heçə ilə kifayətləndilər”.
Bilyaletdinov futbolçularımızın göstərdiyi əzmkarlığı xüsusi vurğulayıb: “Meydan sahibləri məhz Rusiyaya sinə gərməyə köklənmişdilər. Azərbaycan yığmasının oyunçularından biri sonradan mənə belə dedi ki, sizin ölkəni sevmədiyim üçün bu gün ikiqat çalışdım. Açığı, nə Azərbaycan, nə də Lixtenşteyn mənə əziyyət verdi. Mənim üçün ən çətini ötən seçmə mərhələdə Xorvatiya yığması ilə ev oyununda olmuşdu. Meydanda fərdi mübarizə apardığım rəqibimin soyadını xatırlamıram, ancaq o, mənə xeyli çətinlik yaratmışdı”.
Sergey İqnaşeviçin dəqiq vura bilmədiyi penalti epizoduna da toxunan müdafiəçi bildirib ki, özü bu zərbəni yerinə yetirməyə hazır imiş: “Qus Hiddink Bakıda elan etdi ki, penalti vurmaq hüququ qazansaq, növbədə ilk olaraq Sergey İqnaşeviç, sonra isə mən olacağam. 80-ci dəqiqədə Dzaqoyevi cərimə meydanında yıxanda mən Sergeydən zərbəni vurub-vurmayacağını soruşdum. O isə başı ilə razılıq verdi”.

0
0