Ramiz Məmmədov üçün yubiley
21.10.2009 - 10:36
Unibank Premyer Liqasının bu gün keçiriləcək III turunun “Neftçi” ilə oyunu “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis bu gün komandasını 75-ci çempionat oyununa çıxaracaq.
Baş məşqçi fəaliyyətini “Qəbələ”də başlayan Məmmədov 2006/07 mövsümünün gedişində “sükanı arxasına” keçdiyi komanda ilə 4-cü mövsümünü keçirir. Bu müddətdə qəbələliləri 74 çempionat qarşılaşmasına çıxaran mütəxəssis 25 qələbəyə sevinib. Daha 14 matçda 1 xalla kifayətlənən çalışdırıcı 35 dəfə məğlubiyyət acısı yaşayıb və top fərqində məyusluq yaşayıb – 81:97. “Qəbələ” Məmmədovun rəhbərliyi altında 89 xal toplaya bilib.
Qeyd edək ki, yubiley oyununu “Neftçi”yə qarşı keçirəcək Məmmədov 2000/01 mövsümündə bu komandada futbolçu kimi çıxış edərək çempionatın gümüş medalını qazanıb.

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0