Mihal Bilekin debütünü Azərbaycan yığması korlayacaq?
21.10.2009 - 11:12
Çexiya futbol yığmasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, İvan Qaşekin istefasından sonra başsız qalan milli komandanı Mihal Bilek çalışdıracaq.
Çex futbolunun tanınmış simalarından olan sabiq “7 nömrə” keçmiş baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərirdi. 1990-cı ildə keçirilən dünya çempionatında Çexoslovakiya millisinin liderlərindən olan Bilekin baş məşqçi postuna təyinatı futbol federasiyasının İcraiyyə Komitəsində rəsmiləşib.
Bilekin baş məşqçi postunda debütü Azərbaycanla görüşdə gerçəkləşə bilər. Belə ki, çexiyalılar noyabrın 15-18-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçiriləcək turnirdə iştirak etmək niyyətindədir. Azərbaycan, BƏƏ və İraqın da qatılacağı yarışda 2 qarşılaşma keçirəcək Bilekin yetirmələrinin hansı komanda ilə nə vaxt oynayacağı dəqiqləşməyib. 44 yaşlı mütəxəssis yetirmələrini dekabrın 16-da Argentina ilə yoxlama oyununda da sınamaq imkanı qazanacaq.
Qeyd edək ki, Bilek Çexoslovakiya və Çexiya yığmalarında keçirdiyi 35 oyuna 11 qol vurub.

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0