“Azərbaycan bizim üçün çətin rəqib ola bilməz”
23.10.2009 - 13:44
Qadın futbolçular arasında Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində ilk rəqibi olan İsveç yığması Bakıya səfərini iki gün əvvəl başlayıb. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək qarşılaşmaya ciddi önəm verən skandinaviyalılar çərşənbə günü İsveçdən Almaniyanın Frankfurt şəhərinə üz tutub. Burada məşq keçdikdən sonra gecələməli olan xanım futbolçular səfərini ertəsi gün davam etdirib. Komandanın baş məşqçisi Tomas Dennerbyu isə qarşılaşma ərəfəsində gözəlçələrinə güvəndiyini bildirib: “Bu məlum məsələdir ki, Azərbaycan bizim üçün çətin rəqib ola bilməz. Onların bizi büdrəməsi də inandırıcı görünmür. Buna baxmayaraq, bütün matçlara ciddi yanaşıb, diqqətli olacağıq. Seçmə mərhələnin hər bir oyunu ayrı-ayrılıqda əhəmiyyət kəsb etsə də sabahkı görüş digərlərindən fərqlənir. Çünki biz bu rəqib haqda heç nə bilmirik”.
Qeyd edək ki, sabah İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 14:00-da başlayacaq.
Qeyd edək ki, sabah İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 14:00-da başlayacaq.
0
0