Premyer Liqada dopinqdən istifadə edən futbolçular cəzalandırıldı
23.10.2009 - 13:53
Ukraynanın Premyer Liqasında çıxış edən 4 futbolçu dopinq istifadə etdiyi üçün cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, yerli federasiya Kiyev “Obolon”unun oyunçuları – Aleksandr İvaşenko, Valeri Kutsenko, İvan Len və Yevgeni Lozinskini dörd aylıq diskvalifikasiya edib.
Oktyabrın 3-də Zaporojyenin “Metallurq” klubunu böyük hesabla məğlub etdikləri görüşdə (4:1) istifadəsi qadağan olan maddə - Neoton preparatını qəbul edən bu dördlükdən İvaşenko ilə Kutsenko həmin oyunda qol vurub. Oyundan əvvəl “Obolon”un adı açıqlanmayan həkimi onların dördünə də maddəni ürək əzələsini gücləndirmək üçün verib. Klub nümayəndəsinin sözlərinə görə, həmin həkim bu preparatın dopinq olduğunu bilmirmiş.
Federasiya “Obolon”a 0:3 hesablı texniki məğlubiyyət verib. Nəticədə üç xalı silinən “Obolon” turnir cədvəlində 11-ci pillədən 13-ə düşüb. Bundan əlavə, paytaxt təmsilçisi 150 min qriven (530 min rubl) məbləğində cərimələnib.
Bu, Ukrayna çempionatında ilk dopinq qalmaqalı deyil. Bu ilin sentyabrında istifadəsi qadağan olan maddəni istifadə etdiklərinə görə Aleksandr Danilovla (“Arsenal”) Anton Şendrik (“Zakarpatye”) cəzalandırılıb.

0
0