Kaxaber Sxadadze üçün əlamətdar tur
23.10.2009 - 15:41
Unibank Premyer Liqasının VIII turu Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 41 yaşlı gürcü mütəxəssis ölkəmizdə işə başladığı komanda – “Standard”la görüşəcək. Ötən il “Standard”da çalışan Sxadadze 2007/08 mövsümünün ikinci, 2008/09 mövsümün ilk yarısında komandanın sükanı arxasında olub. Paytaxt klubu onun rəhbərliyi altında çempionatı 26 oyundan sonra 32 xalla 9-cu yerdə başa vurdu. Sxadadze “Standard”la ötən mövsümün ilk dövrəsini (13 oyundan) 20 xalla 8-ci yerdə bitirdi və istefa verdi.
Müqaviləsini uzatmaq fikrində olmayan mütəxəssis vətəninə dönüb 21 yaşlılardan ibarət yığma komandadan gələn baş məşqçi təklifini qəbul etdi. Ancaq heç yarım il orada çalışmayan Sxadadze yayda ölkəmizə qayıdıb digər Bakı təmsilçisinin sükanı arxasına keçdi. O, yeni komandasında Avroliqada Slovakiyanın “Spartak” klubu ilə oyunlarda (1:2 və 1:3) debüt etdi.
“Standard”ın baş məşqçisi kimi “İnter”lə 2-si ölkə kubokunda olmaqla, 4 dəfə görüşən Sxadadze bunların heç birində qalib gəlməyib. O, hər dörd oyunda baş məşqçi postunda əvəzlədiyi ukraynalı həmkarı Valentin Xodukindən üstün ola bilməyib. Maraqlıdır ki, Sxadadze milli çempionatımızda bir illik fəaliyyəti zamanı yeganə böyük hesablı məğlubiyyətini (0:3) məhz “İnter”dən alıb. Düzdür, “Standard” “İnter”i ötən mövsüm ölkə kubokundan kənarlaşdırmağa yaxın olsa da, buna nail ola bilməyib. Təcrübəli həmkarı ilə dörd görüşündə üçündə uduzan Sxadadze yalnız birində heç-heçə edib (topların fərqi 4-9).
Qeyd edək ki, Sxadadzenin rəhbərliyi altında uğurla çıxış edən “İnter” hazırda turnir cədvəlinə başçılıq edir. Qələbə qazanmayan “Standard”da isə sonuncu yerdədir.
Kaxaber Sxadadzenin Bakının “Standard” klubunda göstəriciləri
Çempionat - 26 oyun, 11 qələbə, 5 heç-heçə, 10 məğlubiyyət, topların fərqi 29-24, 38 xal
Kubok – 4 oyun, 2 heç-heçə, 2 məğlubiyyət topların fərqi 4-9
Kaxaber Sxadadzenin “Standard”la “İnter”ə qarşı keçirdiyi oyunlar
2007/08 mövsümü
XV tur
24 fevral
“Standard” – “İnter” – 1:2
2008/09 mövsümü
II tur
16 avqust
“İnter” – “Standard” – 3:0
Azərbaycan kuboku, 1/8 final mərhələsinin ilk oyunu
29 oktyabr
“İnter” – “Standard” – 2:2
Azərbaycan kuboku uğrunda 1/8 mərhələsinin cavab görüşü
6 noyabr

0
0