Lixtenşteyn yığması Azərbaycanla yoxlama oyunu keçirmək istəyir
23.10.2009 - 16:36
Dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer almış Lixtenşteyn yığması yenidən milli komandamızla qarşılaşmaq istəyir. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələrinin 4 xal aldığı “cırtdan” ölkə təmsilçisi yoxlama oyunu keçirmək üçün də millimizi münasib rəqib sayır.
Amma lixtenşteynlilər yığmamızın noyabrın 15-18-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək beynəlxalq turnirə qatılacağından xəbərsizdir. Hər halda, baş məşqçi Hans-Peter Zauq həmin tarixdə qarşılaşmaq üçün danışıqlara başlamaq istədikləri yığmalar arasında millimizin də adını çəkib.
Xorvatiya kimi güclü rəqiblə oynamaqdan çəkindiyini açıqlayan isveçrəli mütəxəssis İsveçlə də üz-üzə gəlməyə hazırdır. Zauqun sözlərinə görə, yetirmələrinin 20 komandadan - İsrail, Şimali İrlandiya, Macarıstan, Türkiyə, Polşa, Farer adaları, Çernoqoriya, Litva, Kipr, Belarus, Ermənistan, Çexiya, Slovakiya, Latviya, Gürcüstan, Finlandiya, Malta, San Marino və Azərbaycan yığmalarından biri ilə qarşılaşması yaxşı olardı.

0
0