Andrey Arşavinə Bakıda nəyi qadağa ediblər?
23.10.2009 - 16:40
Rusiya milli komandasının kapitanı Andrey Arşavinə Azərbaycan yığması ilə oyunda penalti zərbəsini vurmağa qoymayıblar. Apasport.az saytının məlumatına görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda (1:1) rusların yeganə qoluna imza atan 27 yaşlı hücumçu görüşün sonunda 11 metrlik nöqtəyə yaxınlaşmaq istəsə də, buna imkan verilməyib.
Arşavin bildirib ki, Bakıda onun penaltini yerinə yetirməyəcəyi əvvəldən diqqətinə çatdırılıb: “Azərbaycanla oyunda ona görə penaltini vurmağa getmədim ki, bizə bu zərbəni Sergey İqnaşeviç və ya Diniyar Bilyaletdinovun yerinə yetirəcəyini elan ediblər. Bəli, bu, həqiqətdir. Bizə hər oyundan qabaq yazırlar ki, penalti, cərimə, künc zərbələrini və sairi kimlər yerinə yetirəcək”.

0
0