Azərbaycan çempionatında daha bir bank
23.10.2009 - 16:48
Azərbaycan çempionatında daha bir bank
Azərbaycan futbol çempionatına daha bir sponsor cəlb olunub. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, assosiasiyanın təşkil etdiyi U-15 liqası Bakıda və regionlardakı filiallarının sayına əsasən, ölkəmizin ən böyük bankı - Kapital Bankın sponsorluğu ilə keçiriləcək. Bununla əlaqədar olaraq, yarış “Kapital Bank - U-15 liqa” adlanacaq.

15 yaşlı futbolçular arasında çempionat Azərbaycanda ilk dəfə bu il baş tutacaq. Liqanın təşkil edilməsi ilə bağlı AFFA İcraiyyə Komitəsi 2009-cu il avqustun 14-də qərar verib.

Xatırladaq ki, çempionatlara sponsorların cəlb olunması təcrübəsi ölkə futbolunda bu ildən tətbiq edilir. Az öncə Unibankın Premyer Liqaya sponsorluğu rəsmiləşib.