Sabiq “Qalatasaray”lılar Bakı derbisində!
23.10.2009 - 23:00
Azərbaycan Unibank Premyer Liqasının VIII turunda “Bakı” - “Neftçi” derbisi “Qalarasaray” klubunun sabiq müdafiəçilərini bir araya gətirəcək. Apasport.az saytının məlumatına görə, vaxtilə “Cim Bom”un heyətində bir yerdə çıxış edən türkiyəlilər Bülənt Korkmazla Suat Usta sabah Tofiq Bəhramov adına Respublika stadionunda rəqib olacaqlar. Artıq futbolçu karyerasını bitirən 41 yaşlı Korkmaz bir ay öncə “Bakı”nın baş məşqçisi təyin olunaraq, ölkəmizdə fəaliyyətinə başladı. 28 yaşlı Usta isə ötən yaydan Bakının “Neftçi” klubunun aparıcı futbolçularındandır.
Karyerası boyu yalnız “Qalatasaray”da oynayan Korkmaz 21 illik karyerasını 2005-ci ildə bitirib. O, bu komandanın heyətində keçirdiyi 630 oyunda 15 qol vurub. Suat isə həmkarından fərqli, cəmi üç mövsüm (108 oyun, 15 qol) “Cim-Bom”un şərəfini qoruyub.
Korkmaz Usta ilə “Qalatasaray”da karyerasının sonunda - 2002-2005-ci illərdə komanda yoldaşı olublar. Ancaq bu üç mövsümdə onlara Türkiyə çempionluğunu qazanmaq nəsib olmayıb. Suat yalnız Korkmaz karyerasını bitirdikdən sonrakı mövsümdə (2005/06) “Qalatasaray”ın heyətində qızıl medal qazana bilib. Elə məhz bundan sonra onun “Cim Bom”la yolları ayrılıb.
“Bakı”da ilk ev oyunu “Neftçi” ilə görüşə təsadüf edən Korkmaz bununla da 9 illik fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionuna çıxacaq. Ancaq bu dəfə baş məşqçi kimi. 2000-ci ilin oktyabrın 11-də Türkiyə yığmasının heyətində Respublika stadionunda milli komandamızla rəsmi oyunda iştirak edən Korkmaz 1:0 hesablı qələbəyə sevinib. “Bakı”nın sükanı arxasına keçənədək “Qalatasaray”ın baş məşqçisi olan Korkmaz ötən mövsüm bitəndən sonra istefa verib.

0
0