Mahir Şükürov təklif aldığı xarici klubun adını açıqladı - MÜSAHİBƏ
23.10.2009 - 23:52
Azərbaycan yığmasının və “İnter” klubunun futbolçusu Mahir Şükürovun müsahibəsi
- Başlayaq “Muğan”la görüşdən. Yığmanın heyətində 2 rəsmi oyun keçirdikdən sonra özünü necə hiss edirdin? Yorğunluq var idimi?
- Klubun düşərgəsinə yorğun qayıtmışdıq. Bunu nəzərə alan məşqçilər korpusu bizi kollektiv məşqlərdən azad etdilər. Yığmanın heyətindən dönən futbolçular üçün yüngül məşqlər keçirdilər. Oyuna gəldikdə, bizə qələbə lazım idi. Əl-ələ verib qarşıya qoyulan məqsədə nail olduq.
- Salyan təmsilçisi mövsümə uğurlu start vermişdi. “Simurq” və “Neftçi” kimi iddialı komandalarla qarşılaşmalarda məğlub olmayan “Muğan”ı darmadağın edəcəyinizi gözləyirdinmi?
- Əlbəttə, hesabın belə böyük olacağını gözləmirdik. Oyundan qabaq rəqibin matçını izləmişdik. Görüş başlayan kimi əsas futbolçularını bağladıq. Bundan başqa, yaratdığımız epizodlardan vaxtında istifadə etdik. Hesabın erkən açılması da bizim lehimizə işlədi. Uşaqlar da bacarıqlarından maksimum istifadə etdilər.
- Bəs “Bakı” ilə oyun haqda nə deyə bilərsən?
- Qələbə qazanmaqdan başqa çarəmiz yox idi. Baxmayaraq ki, “Bakı” güclü komandadır. Oyuna ciddi hazırlaşmışdıq. Düzdür, mən bir neçə gündür məşqlərdən kənardan qalmışdım, ancaq baş məşqçimiz şans verdi. Çıxıb var gücümlə oynadım. Qələbəyə layiq oyun nümayiş etdirdik. Qazandığımız 3 xalla yenidən turnir cədvəlinin zirvəsinə yüksəldik.
- Bir neçə gündür məşq etmədiyini dedin. Buna səbəb nə idi?
- Milli komandanın oyunundan sonra ayağımda zədə vardı. Ona görə də son məşqlərdə iştirak edə bilmirdim. Artıq zədəm tam sağalıb və özümü yaxşı hiss edirəm.
- Çempionatın arxada qalan oyunları barədə nə deyə bilərsən?
- Komandaların hamısı güclüdürlər. Cari birincilikdə demək olar, zəif klub yoxdur. Bütün komandalar sona qədər vuruşurlar. Hamı xal qazanmaq istəyir. Ona görə də indidən kimin çempion olacağını söyləmək mümkün deyil. Çempionatın gedişində çox dəyişiklik olacaq. Hələ elə komandalar var ki, öz oyunlarını tapmayıblar.
- “6-lıq” sisteminin tətbiqinin nə kimi müsbət təsiri var?
- Məncə, bu sistem daha yaxşıdır. Əvvəllər həftədə cəmi 1 oyun keçirirdik. İndi demək olar, üç gündən bir meydana çıxırıq. Həm oyunların sayı artıb, həm də qrafik sıxlaşıb. Bu da bizim xeyrimizədir. Çox matç keçirmək oyun təcrübəsinin artması deməkdir. Düzdür, üç gündən bir oynamaq çətindir. Ancaq yığmanın futbolçuları bu yükləməyə öyrəşiblər.
- Bir ara karyeranı ölkə xaricində davam etdirmək perspektivi var idi. Məsələ nə yerdədir?
- Menecerlər bir oyuna baxıb yekun qərara gəlmirlər. Onlar transferini nəzərdə tutduqları futbolçunu bütün oyunlarda izləyirlər. Ola bilsin ki, bir dəfə özünü yaxşı tərəfdən göstərən futbolçu digər matçlarda zəif çıxış etsin. Ona görə də menecerlərin oyunumu izlədiklərini bilirəm.
- Sirr deyilsə, xidmətində hansı ölkənin klubları maraqlıdırlar?
- Rusiya və Ukrayna klubları.
- Bir qədər də konkretləşdirsək, “Terek”dən təklif aldığın deyilir...
- Mənimlə yox, menecerimlə əlaqə saxlayıblar. Qroznı təmsilçisi xidmətimdə maraqlıdır. Ola bilsin, qışda “Terek”ə transferim baş tutsun.
- Yığmanın başa çatan qrup mərhələsindəki çıxışını necə qiymətləndirirsən?
- 10 oyun oynadıq və 5 xal topladıq. Qrup mərhələsindəki rəqiblərimiz güclü komandalar idi. Yığmamızın heyətində isə gəncləşmə aparıldı. Bunun üçün də müəyyən vaxt lazım idi.
- Milli potensialını son oyunlarda aça bildi. Buna səbəbi nədir?
- Berti Foqts yeni gələndə heyətə çoxlu futbolçu dəvət etdi. O, daim seçim aparırdı. Bunun üçün isə 2 il azdır. Həm də nəzərə almaq lazımdır ki, yığma hər həftə oyun keçirmir. Müəyyən çətinliklər oldu. Gənclərə əsas heyətdə yer verməklə onları yoxladı. Artıq son oyunlarda optimal heyəti qura bildi. Yəni axtarışlar öz bəhrəsini tsikilin sonlarına yaxın verdi. Lixtenşteyni səfərdə udduqdan sonra futbolçularda özünəinam artdı. Rusiya ilə oyuna da qələbənin yaratdığı psixoloji üstünlüklə çıxdıq. Nəticə isə göz qabağındadır. Məncə, Uels və Finlandiya ilə qarşılaşmalarda da bu heyətlə çıxsaydıq, evdə qələbə qazana bilərdik.
- Bu mərhələdə 5 yox, daha çox xal toplamaq olardımı?
- Əlbəttə, olardı. Səfərdə Uelsə son dəqiqələrdə vurulan qolla məğlub olduq. Finlandiya Helsinkidə bizi penalti hesabına üstələdi. Yenə deyirəm, bu komandalardan səfərdə xal almaq mümkün idi. Eyni zamanda onları Bakıdan da əliboş yola sala bilərdik, əgər bu heyətlə oynasaydıq... İndi formalaşan heyətin üzərində işləmək lazımdır.
- Necə düşünürsən, yığmanın qarşısına daha yüksək məqsədlərin qoyulmasının vaxtı çatmayıbmı?
- Yüzfaizlik nəticə qazanmaq tapşırığını qoymaq mümkün deyil. Həm də bu suala püşk atıldıqdan sonra cavab vermək mümkündür. Çünki rəqiblərdən çox şey asılıdır. İnşallah, gələn seçmə mərhələdə daha çox xal toplayarıq. Buna inanıram.
- 2012-ci ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə qrup mərhələsi çərçivəsində yığmamızın hansı komandalarla düşməsini istərdin?
- Bu gün Avropada zəif komanda yoxdur. İspaniya, Fransa kimi komandalarla bir qrupda yer almağı istəməzdim. Çünki onlar texnikalı futbola üstünlük verirlər. Yayda ispanların yığmamızın başına açdığı oyundan hamı xəbərdardır. Əsasən fiziki gücə üstünlük verən yığmalarla bir qrupda yer almağı istərdim. Texnikalı futbolçulardan qurulmuş komandalara qarşı oynamaq çox çətindir.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0