Mais Mənsimov: Bizim rəqiblərimizdən fərqləndirən önəmli bir cəhətimiz var
23.10.2009 - 21:30
Mais Mənsimov: Bizim rəqiblərimizdən fərqləndirən önəmli bir cəhətimiz var
Mais Mənsimov bu gün prezidenti olduğu “Xəzər-Lənkəran” klubunun futbolçuları ilə görüşüb. Apasport.az saytının xəbərinə görə, Lənkəranda komandanın məşqçini izləyən cənub təmsilçisinin başçısı ötən tur çərçivəsində “Olimpik-Şüvəlan”a məğlubiyyəti unutduğunu bildirərək, komanda üzvlərindən də üç gün öncəki oyunun xoş olmayan xatirələrini beyinlərindən silməyi xahiş edib.

Qarşıdakı oyunun vacibliyini vurğulayan Mənsimov nəticənin önəmli olduğunu vurğulamaqla yanaşı, bir daha komandanı əzmkar, döyüşkən, istəkli görmək istədiyini söyləyib: “Bizim rəqiblərimizdən fərqləndirən önəmli bir cəhətimiz var - azarkeşlər. “Xəzər Lənkəran” elə oynamalıdır ki, oyun tamaşaya dönsün. Bizim oyun azarkeşlərimizi sevindirməli, onlara ləzzət verməlidir. Əminəm ki, “Xəzər Lənkəran” üçün nəticə qazanmaq çətin deyil – mövsümün sonu buna hamı inanacaq. Odur ki, əsas tələbim baxımlı oyundur. Sabah “Xəzər Lənkəran”ın Azərbaycanın ən güclüsü olduğunu meydanda göstərəcəyinizə şübhə etmirəm”.

Xatırladaq ki, “Xəzər Lənkəran” – “Simurq” oyunu sabah saat 18.00-da başlayacaq və AzTV telekanalı oyunu birbaşa yayımlayacaq.

Mənbə: lankaranfc.com