Ronaldo “Qızıl top” mükafatını “Barselona”nın futbolçusuna verir
27.10.2009 - 14:55
Dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldo ötən il sahib çıxdığı “Qızıl top” mükafatını qoruya bilməyəcəyi ilə barışıb. Apasport.az saytının məlumatına görə, bu yay 94 milyon avroya “Mançester Yunayted”dən “Real”a keçən 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi Avropada ilin ən yaxşı futbolçusuna mükafatı “Barselona”nın futbolçusunun götürəcəyini bəyan edib: “Barselona” ötən mövsüm Çempionlar Liqasının qalibi oldu. Məntiqlə “Qızıl top” onun futbolçularından hansınasa çatacaq. Hər halda, məhz Kataloniya klubunun oyunçuları bu mükafat uğrunda mübarizədə əsas favoritlərdir. Belə hesab edirəm ki, seçim Leonel Messi, Xavi Ernandes, Andreas İnyestadan birinə ediləcək. Onlar indi də yaxşı oynayırlar, çox gözəl təsir bağışlayırlar. Əgər “Mançester Yunayted” ötən mövsüm Çempionlar Liqasını qazansaydı, yəqin ki, bu komandanın futbolçuları “Qızıl top”a ən real namizədlər idi”.
Qeyd edək ki, Ronaldo ötən mövsüm Çempionlar Liqasında finalında “Mançester Yunayted”in heyətində “Barselona”ya uduzmaqla (0:2) bu turnirin ikiqat qalibi ola bilmədi. O, keçən il həm də dünyanın ən yaxşı futbolçusu sayılıb və “Brilyant top”a da sahib çıxıb.

0
0